Britaniya ştammını uşaqlar ağır keçirəcək - TƏBİB rəsmisindən həyacan siqnalı - VİDEO

Hazırda oxunan: Britaniya ştammını uşaqlar ağır keçirəcək - TƏBİB rəsmisindən həyacan siqnalı - VİDEO

15236

Azərbaycanda koronavirusa yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək düzgün olmazdı. 

Bunu “ARB24” telekanalında yayımlanan “Nə baş verir?” verilişinə açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Britaniya ştammına 2 kişi və bir qadın yoluxub – RƏSMİ + ÖZƏL


O bildirib ki, yoluxma sayındakı artımda karantin tədbirlərinin yumuşaldılması da rol onayıb.

Hər hansı ştammın olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq: 

“Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz.


Vətəndaşa da onda hansı ştamm olması barədə məlumat verilmir. Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq odur ki, bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir”. 

Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək.

İnfeksionist peyvəndlənmənin kişik yaş qrupu arasında aparılmasını da məqbul sayır:
 

“Xəstəlik bütün yaş quruplarında eyni dərəcədə paylanır və eyni dərəcədə yayılır. Bu baxımdan əgər vaksin kütləvi istifadə edilirsə, bütün yaş qurupları arasında tətbiq olunmalıdır.


Sadəcə bizim əlimizdə olan məlumatlar 18 yaş üzəri olduğuna görə vaksinin uşaqlar arasında aparılmasını həm şirkətlər, həm də ÜST tövsiyə etmir. Hamilərlər və uşaqlar və digər risk qiurupları üzərində aparılan təcrübələr onu göstərir ki, uşaqlarda  peyvəndi  istifadə etmək olar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin