Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ: İmtahan proqramına dəyişiklik edildi 

Hazırda oxunan: Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ: İmtahan proqramına dəyişiklik edildi 

152340

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib. 

Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir.
Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib. 

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib, imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib. 

2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur. 

İmtahana hazırlaşan namizədlər aşağıdakı linkə daxil olub proqramla tanış ola bilərlər: 

//exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin