Sosial şəbəkələr həyatımızı necə dəyişdi? - Mütəxəssisdən AÇIQLAMA 

Hazırda oxunan: Sosial şəbəkələr həyatımızı necə dəyişdi? - Mütəxəssisdən AÇIQLAMA 

152322

Hazırda insanların bütün dünyada ən geniş istifadə etdikləri məlumat mənbəyi sosial şəbəkələrdir. Sosial media həm də bir biznes seqmentidir. Təsadüfi deyil ki, bəzi insanlar sosial media üzərindən çalışaraq şöhrət və pul qazanırlar.

Ona görə də sosial media günümüzün aktual məsələlərindəndir. Amma bir məsələ var ki, toplumun bir hissəsi bu mövzuya  kifayət qədər müsbət yanaşarkən, digər hissəsi isə tamamilə əksini düşünür.

Bəs görəsən, sosial media insanların həyatında nə kimi müsbət rola malikdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosial media mütəxəssisi Leyla Zeynallı bildirib ki, sosial media indiki zamanda insanların həyatında mühim yer tutur:

“Hal-hazırda insanlar günlərinin ortalama 3 saatını sosial mediada keçirir. Artıq bütün bizneslər sosial media üzərindən idarə olunur. İşi orada olmayan şəxslər belə düzgün istifadə edərək şəxsi brendinqini formalaşdırsa işinin gəlirini də artıra bilir."

Leyla Zeynallı sosial medianın zərərinin olub-olmaması barədə də fikir bildirib:

"Əvvəllər yalnız televiziya var idi və senzura olduğu üçün bizə nə ötürülsə onu da qəbul etməli idik. İnternet dünyası isə belə deyil. Nəyə istəyiriksə ona da baxırıq, tələb-təklif məsələsidir. Yəni internet bizə sonsuz təkliflər təqdim edir. Hansını seçəcəyimiz isə artıq bizə bağlı məsələdir. İnsanlarda "Sosial şəbəkələr zərərlidir" düşüncəsi ona görə yaranır ki, bəzən bu bir vərdişə, asılılığa çevrilir. Amma bir çoxları sosial şəbəkənin pul qazanmaq imkanlarından yararlanmaq istəyir. Bunda isə zərərli bir şey yoxdur. 

Bunlar əlbəttə ki, sağlam düşüncəli insanlara aiddir. Lakin, depressiv sarsıntı keçirən insana senzurasız intihara təşviq edən, şiddəti təbliğ edən kontentlər göstərmək və ya hələ xarakteri formalaşmayan uşaqlara zərərli vərdişlər, mənasız əyləncə videoları göstərmək onları təhlükəli addımlara sövq edə bilər."

Həmçinin mütəxəssis sosial şəbəkələrin düzgün istifadə qaydasından da danışıb:

"Sosial şəbəkələr böyük kütlələri idarə etmək, ictimai fikir formalaşdırmaq, pul qazanmaq, karyera qurmaq kimi çox imkanlara sahibdir. Normal həyatda fiziki olaraq tanıya bilməyəcəyimiz qədər çox kütləyə sosial şəbəkədə çatmaq mümkündür. Düzgün istifadə edilsə dünyanın başqa yerlərindən dostlar qazana, bir sözlə köməyimizə gələcək yüzlərlə insana sahib ola bilərik."

Aysu Allahverdi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin