Uzun müddətdir ki, sosial şəbəkələrdə müzakirə olunan “Jurnalistlər evi”nin taleyinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat yayıb.
Məlumatda deyilir:
“Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, adı çəkilən ünvanda jurnalistlər üçün 3 bina inşa edilmişdi.
Onlardan ikisi əvvəlki illərdə jurnalistlər arasında bölüşdürülmüşdü. Üçüncü ev isə artıq 2 il idi ki, hazır vəziyyətdə qalmışdı.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 25.08.2023
Jurnalistlər üçün tikilmiş binadakı mənzillər şəhid ailələrinə və müharibə veteranlarına veriləcək - RƏSMİ
Hazırda oxunan: Jurnalistlər üçün tikilmiş binadakı mənzillər şəhid ailələrinə və müharibə veteranlarına veriləcək - RƏSMİ
Hazırda oxunan: Jurnalistlər üçün tikilmiş binadakı mənzillər şəhid ailələrinə və müharibə veteranlarına veriləcək - RƏSMİ
152314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.