“Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək söhbətin haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Ermənidən, farsdan betər olub xalqımı satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman sizin yanınızda olmuşam və siz də buna əsasən bu fikirləri səsləndirmisiz?”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq artisti Əbdül Mahmudov barədə deyib. İfaçı onu da əlavə edib ki, qalmaqal üçün darıxıb gündəmə gəlmək istəmisiniz yəqin, bunun üçün də ünvan olaraq məni seçmisiz:
MÖVZU İLƏ BAĞLI:
Lezbiyanlığı təbliğ edən Nigara Xalq artistindən TƏPKİ: “Belələri ermənidən, farsdan daha çox ziyan vurur” - VİDEO
“Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa burda, lazımdırsa məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra nəyəsə rəy bildirərsiniz”.
Qeyd edək ki, müğənni Nigar Süleymanovanın “Dəli divanə” klipi barədə iradlarını Bizim.Media-ya bildirərkən Xalq artisti Əbdül Mahmudov belə bir ifadə işlətmişdi:
“Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur”.
Tanınmış rejissorun bu fikirləri ifaçının qəzəbinə səbəb olub. Və redaksiyamıza müraciət edərək öz mövqeyini açıqlayıb. Nigar Süleymanova həmçinin klipdə lezbiyanlığın təbliği məsələsinə də toxunub:
“Orda nə var ki, qız mənim yanağımdan öpür. Bunun lezbiyanlıqla heç bir əlaqəsi yoxdur. Mən lezbiyanlığı təbliğ etməmişəm. Sadəcə o görüntülərin çəkilməsini mən istəmişəm. Bunu məndən kimsə istəməyib”.
Surxay Atakişiyev, Bizim.Media