Gəncədə ata və qızını maşın VURDU - Azyaşlı öldü 

Hazırda oxunan: Gəncədə ata və qızını maşın VURDU - Azyaşlı öldü 

152273

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünən axşam saatlarında Gəncə şəhər sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən ata-balanı vurub. 

Xəsarət alan 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
M.Ələsgərova həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlərdən avqustun 24-də xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin