1918-ci il 25 avqustda Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Ağdaşa şəhər statusu verildi. Bütövlükdə Ağdaş rayonu isə 1930-cu ildə təşkil olundu.
Bəs, avqustun 25-də dünyada daha hansı hadisələr baş verib?
1. 1830-cu ilin 25 avqustunda “Belçika inqilabı” adlandırılan Belçikanın Hollandiya krallığından ayrılma prosesi başladı. I Leopold kral təyin edildikdən sonra Belçika parlament sisteminə malik bir monarxiya oldu.
2. 1933-cü ilin 25 avqustunda Çində meydana gələn zəlzələdə 9 min adam həlak oldu.
3. İkinci Dünya Müharibəsi zamanı – 1940-cı ilin 25 avqustunda Almaniyanın təyyarələri Londonu bombalamağa başladı.
4. 1944-cü il 25 avqustda Fransanın İkinci Zirehli Diviziyası Parisə daxil oldu və paytaxtdakı alman əsgərləri müttəfiqlərə təslim oldu.
5. 25 avqust 1985-ci ildə ABŞ məktəblisi Samanta Smit təyyarə qəzasında həlak olub. O, sovet lideri Yuri Andropova açıq məktub yazması ilə məşhur olub.
6. 25 avqust 1997-ci ildə “Ulduz müharibələri” filminin nümayişinə başlanılıb.
7. 2003-ci ilin bu günündə Nuri Bilgə Ceylanın "Uzaq" filmi "Elephant" filmi ilə birlikdə 56-cı Kann kinofestivalının ən yaxşı film mükafatını alıb.
8. 25 avqust Uruqvayın milli bayramı – müstəqillik günüdür. Cənubi Amerikanın şərqində yerləşən bu ölkə 1825-ci ildə istiqlaliyyət qazanıb.
25 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. 1530-cu ilin 25 avqustunda Rusiya tarixinin ən ziddiyyətli hökmdarlarından biri olan, daha çox İvan Qroznı adı ilə tanınan IV İvan anadan olub. (1530-1584)
2. Böyük ingilis ixtiraçısı, buxar maşınının yaradıcısı Ceyms Uatt 1819-cu ilin bu günü 83 yaşında dünyadan köçüb.
3. Bu gün görkəmli Amerika fiziki, elm tarixinə elektromaqnitizmin tədqiqatçısı olaraq düşən Maykl Faradey xatırlanır. (1791-1867)
4. Tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyətlər” siyahısına daxil edilmiş məşhur alman filosofu və klassik filoloq Fridrix Nitsşe (Friedrich Nietzsche) 1900-cü ilin 25 avqustunda dünyasını dəyişib.
5. 25 avqust 2012-ci ildə Aya ilk ayaq basan insan amerikalı astronavt Neil Armstronq həyatdan köçüb. (1930-2012)
6. 1944-cü ilin bu günündə tatar və sovet şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil Berlin həbsxanasında edam edilib.
7. 25 avqust 1946-cı ildə amerikalı uşaq pedaqoqu, bacısı Mildred ilə məşhur “Happy Birthday to You” mahnısını yazmış Patti Smit Hill vəfat edib.
8. 1935-ci ilin bu günündə Azərbaycan Yazıçılar Birliyinin sabiq birinci katibi, Xalq şairi Fikrət Qoca anadan olub.
9. 25 avqust 1915-ci ildə Əməkdar memar Tahir Abdullayev (1915-2004) anadan olub.
10. 25 avqust 1926-cı ildə Xalq rəssamı Xalidə Səfərova (1926 – 23.12.2005) anadan olub.
11. 25 avqust 1931-ci ildə yazıçı, naşir, Əməkdar mədəniyyət işçisi Əjdər Xanbabayev (1931 – 30.5.1990) anadan olub.
12. 25 avqust 1945-cı ildə Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayeva (1945 – 21.5.1987) anadan olub. Akademik Dram Teatrında çalışıb. Televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.
13. 25 avqust 1921-ci ildə yazıçı-dramaturq Seyfəddin Dağlı (1921-18.1.1983) doğulub
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:55 / 25.08.2023
BİZİM TƏQVİM: 25 avqustda nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 25 avqustda nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 25 avqustda nələr olub?
152266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.