Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda onlarla terror aktı həyata keçiriblər.
Bizim.Media xəbər verir ki, Bakı Metropolitenində törədilən terror aktından 27 il ötür.
MÖVZU İLƏ BAĞLI:
Metroda terror törədən şəxsin əfv edilməsi yalandır
Bu terror zamanı 14 nəfər ölüb, 49 insan yaralanıb. Terror aktının icraçısı partlayış zamanı həlak olub.
Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb. Qeyd edək ki, ermənilər Azərbaycanda nəqliyyatın bütün növlərində terror aktı törədiblər, o cümlədən də metroda......
Erməni terrorizminin beynəlxalq ictimaiyyət tərəfindən tanındığı bir faktdır. Rəsmi İrəvan da terrorçulara dəstək verir. Daşnakların əsas təlimatçılarının qroqoryan kilsəsi olduğu da sirr deyil. Amma buna görə, Ermənistana heç bir təzyiq göstərilmir.
Qeyd edək kİ, 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində metronun “20 Yanvar” stansiyasında terror aktı törədilib.
Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanarkən işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb.
Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Azərbaycanın hüquq-mühafizə orqanları bunun bir terror aktı olduğunu və onu Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını bildirir.
Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 may” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib.
Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndəriblər.
Yəni, daşnaklarla iş birliyində olan azərbaycanlılar da terrorçu ermənilər qədər əzazil və təhlükəlidirlər...
Anar Rəhimov, Bizim.Media