14 il əvvəl avtomobil satdı, 1 il əvvəl dünyadan köçdü – Cərimələrsə gəlməkdə davam edir

Hazırda oxunan: 14 il əvvəl avtomobil satdı, 1 il əvvəl dünyadan köçdü – Cərimələrsə gəlməkdə davam edir

152189

Avtomobilini 14 il əvvəl başqasına satan adamın ünvanına davamlı olaraq DYP tərəfindən cərimələr gəlir. Maraqlı məqam odur ki, avtomobili satan adam da artıq bir ildir ki, dünyasını dəyişib. Avtomobil istifadəçisi isə Bakıda davamlı olaraq qayda pozur. Cərimələrsə avtomobil idarə edənin yox, satanın Salyan  şəhər, 20 yanvar  küçəsindəki ünvanına gəlir.

Bizim.Media-nın Cənub bürosunun əməkdaşları məsələni araşdırmaq üçün Salyan rayonunda olublar.

Araşdırma zamanı məlum olub ki, ölən adamın adına nə az, nə çox düz 1000  manatdan yuxarı cərimə gəlib. Oğlu isə deyir ki, atam neçə ildir maşını satıb. Söhbət Salyan rayon sakini Hüseynov Elşən Fərman oğlunun düşdüyü  problemdən  gedir.
Şikayətçinin sözlərinə görə atası Fərman Hüseynov  2000-ci ildə  qaraj müdiri işlədiyi Salyan  Kənd  Nəqliyyat açıq Tipli Səhimdar Cəmiyyətinə məxsus “ZİL-MMZ 4502” markalı 52-BE488 dövlət nömrə nişanlı yük maşınını özəlləşdirmə yolu ilə  Bakı sakininə satıb.

Həmin avtomobilin etibarnamə müddəti 2015-ci ildə bitib.

Bundan sonra isə avtomobilə yazılan cərimələr onun atasının adına gəlir. Elşən Hüseynovun sözlərinə görə atası sağlığında sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasın deyə cərimələrin bir qismini sağlığında ödəyib.

“Salyan rayonunda  97-lər deyilən qaraj vardı. Atam qaraj müdiri işləyirdi. Maşınları əvvəl atamın adına özəlləşdirdilər. Sonra isə satışa çıxardılar. Bu ZİL maşınını isə Bakı sakini alıb. Həmən vaxtda etibarnəamə verilib 2015-ci ilədək...”

Elşən Hüeynov deyir ki, əvvəllər cərimələr atamın adına gəlirdi, artıq bir ildir ki, atam rəhmətə gedib, və yenə də cərimələr onun adına gəlir.

Deyir atam sağlığında dəfələrlə aidiyyatı  üzrə  müraciət etsə də  məsələ həllini tapmayıb. İndi də narahatam ki, gələcəkdə atamın vərəsəsi kimi cərmələri mənə ödətdirərlər.”

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-dən Bizim.Media-ya bildirildi ki , vətəndaşın müraciəti nəzərə alınaraq mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-in axtarış sisteminə daxil edilmiş və hal-hazırda axtarışdadır.










Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin