Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib ”“Tikili yarımçıq qaldı

Hazırda oxunan: Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib ”“Tikili yarımçıq qaldı

152082
Abşeron rayonunun Qobu qəsəbəsində inşasına 10 il əvvəl başlanan Fatimeyi Zəhra məscidinin tikintisi hələ də başa çatmayıb. 2 il öncə tikintisi dayanan məscid hələ də yarımçıq qalmaqdadır. Ərazisinə görə, respublikada ən böyük məscid olması nəzərdə tutulsa da, az sayda adam bu tikilinin varlığından xəbərdardır. Kifayət qədər geniş ərazisi olan məscidin həyətində 5 mədrəsədə tikilib. Buranın gələcəkdə elmi mərkəzin olması nəzərdə tutulub.Təqribən 2 hektara yaxın ərazini əhatə edən məscid bu gün nəzarətsiz qalıb.

Fatimeyi Zəhra məscidi Qobu qəsəbəsində, Yeni Məhəllə xa0adlanan ərazidə, magistral yolun kənarında tikilib. Məlumata görə, tikintiyə 2006-cı ildə başlanıb. Məscid qədim üslubda dizaynı və möhtəşəmliyi xa0ilə seçilir.

Tikintinin nə üçün yarımçıq dayandırılması ilə əlaqədar məscidin ətrafında yaşayan sakinlərdən məlumat almağa çalışdıq.xa0

Adının çəkilməsini istəməyən Qobu sakini bildirdi ki, bu məscidin tikintisinə böyük bir layihə ilə başlanılıb və külli miqadrda vəsait xərclənib. Məscidin tikilməsi üçün Ərəbistandan mütəxəsislər dəvət olunub, eskiz layihəsi xüsusi sifarişlə Ərəbistandan gətirilib: “Bu məscidin tikilməsinə Xanım adlı qadın nəzarət edirdi. Tikilinin ərsəyə gəlməsində onun əvəzsiz xidməti olub. Deyilənə görə, məscidin maliyyəşdirilməsini Beynəlxalq xa0Bank həyata keçirilib. Sonradan Beynəlxalq xa0Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə Xanım arasında maliyyə məsələsinə görə mübahisə yaranıb və o, məscidin tikintisindən uzaqlaşdırılıb”x9d.
xa0
Sakinlərin sözlərinə görə, həmin qadının Qobu qəsəbəsi üçün böyük xidmətləri olub. Qəsəbəsinin girişindən məscidə qədər magistral yola yeni asfalt örtüyü çəkdirib. Qobuda abadlıq və təmizlik işləri aparıb. Bu mübahisədən sonra isə Xanım Abşeron rayonundakı əmlaklarını satmalı olub və müflis duruma düşüb.

Məscidin tikintisinin dayandırılmasınının əsas səbəbinin maliyyə çatışmazlığı ilə bağlı olduğu bildirilir. İddialara görə, inşaat üçün ayrılmış külli miqdarda vəsait oğurlanıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb, tikinti yarımçıq qalıb.

Məscidin eskiz layihəsində tikilinin qarşısında 2 hektara yaxın ərazini əhatə edən həyətin olması göstərilsə də sonradan həmin torpaqlar satılıb və hazırda orada yaşayış evləri tikilib.
Məsələ ilə bağlı Beynəlxalq Bankdan münasibət öyrənmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq Xidmətdən məscidin tikintisi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparıb, informasiya verəcəklərini bildirdilər, ancaq iki gün ərzində oradan heç bir xəbər gəlmədi.

Qeyd edək ki, məscidin tikintisini “Azinqrup”x9d MMC xa0həyata keçirib. Şirkətin saytında Fatimeyi Zəhra məscdinin tikilməsi haqqında məlumatlar və fotomaketlər də var. Hazırda iflas olmuş tikinti şirkətinin rəhbəri Mehdi Əliyevin Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin yaxın adamı olması barədə də məlumatlar var.xa0

Bundan əlavə xa0M.Əliyev C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsinə görə həbs olunub.

Mətbuatda yer alan məlumatlara görə, “Azinqrup”x9d MMC hazırda həbsdə olan sabiq bank rəhbəri C.Hacıyevə məxsus olub.(musavat.com)










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin