BİZİM TƏQVİM: Avqustun 24-də Bərdə ruslar tərəfindən işğal edilib

Hazırda oxunan: BİZİM TƏQVİM: Avqustun 24-də Bərdə ruslar tərəfindən işğal edilib

152062

24 avqust 944-cü ildə ruslar Bərdə şəhərini ələ keçiriblər. Ruslar bir neçə ay burada qalıblar. Bu müddətdə onlar şəhərin xeyli  sakinlərini öldürüblər və böyük qənimət ələ keçiriblər. Lakin isti yay günlərində başlayan dizenteriyaı rusların qənimətlərlə birlikdə qaçmasına səbəb olub.

Bəs, avqustun 24-də dünyada daha hansı hadisələr baş verib?

1.  79-cu ilin 24 avqust tarixindә Vezüv vulkanının lava püskürmәsi nәticәsindә Pompey, Stabiae vә Herculaneum şәhәrlәri yoxa çıxıb.

2.  1516-cı ilin 24 avqust tarixindә Mercidabık müharibәsindә Yavuz Sultan Sәlim rәhbәrliyindәki Osmanlı ordusu  Mәmlük ordusunu mәğlub edib. Bu müharibәdәn sonra Suriya, Livan vә Fәlәstin Osmanlı İmperiyasının nәzarәtinә keçib.
3.  1572-ci ilin 24 avqust tarixindә Fransadakı katoliklәr Kral IX Çarlsın göstәrişi ilә  silahsız protestantlara hücum edib. Hücum zamanı minlәrlә protestant öldürülüb.

4.  1814-cü ilin 24 avqust tarixindә İngiltәrә vә ABŞ arasında baş verәn müharibә nәticәsindә ingilis qüvvәlәri Vaşinqtonu işğal edib vә Ağ Evi yandırıb.

5.  24 avqust 1815-ci ildə İndiki Niderland ilk konstitusiyasını qəbul edib.

6.  1875-ci ilin 24 avqust tarixindә Metyu Vebb La Manş boğazını üzәrәk keçәn ilk adam olub.

7.  1899-cu ilin 24 avqust tarixindә ‘‘Qum kitabı’’ vә ‘‘Alef’’ kimi çox sayda әsәrә imza atan Corc Luis Borges Argentinada anadan olub.

8.  1912-ci ilin bu günündə Alyaska ABŞ-ın ərazisinə qatılıb.

9.  24 avqust 1914-cü ildə Birinci Dünya Müharibəsi: Almaniya ordusu Belçikanın Namur şəhərini ələ keçirib.

10.   1923-cü ilin 24 avqust tarixindә Lazanna müqavilәsi çәrçivәsindә işğalçı qüvvәlәr İstanbuldan çıxmağa başlayıb.

11.   1929-cu ilin 24 avqust tarixindә Fәlәstin müqavimәtinin mәnәvi lideri Yasir Әrәfat dünyaya gәlib.

12.   1949-cu ilin 24 avqust tarixindә Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hüquqi əsaslarını müəyyən edən müqavilə yaradılıb.

13.   1950-ci ilin 24 avqustunda Edit Sampson BMT-də ilk ABŞ-lı qaradərili nümayəndə olub.

14.   24 avqust 1950-ci ildə “Sehirli xalça” əməliyyatı nəticəsində 45 min yəhudi Yəməndən İsrailə köçürülüb.

15.   24 avqust 1991-ci ildə Sovet İttifaqı Mərkəzi Komitəsinin Baş katibi Mixayil Qorbaçov Kommunist Partiyasının ləğvini istəyir və Partiyanın baş katibi vəzifəsindən istefa verir. Həmin gün Estoniya, Latviya və Ukrayna Sovet İttifaqından ayrılıqlarını elan edir.

16.   24 avqust 2001-ci ildə Türkiyənin ali pilotaj eskadrilyası – “Türk ulduzları” ilk dəfə Bakı səmasında nümunəvi uçuşlar keçirib. Aksiya Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Kıvrıqoğlunun Azərbaycana səfəri gedişində reallaşıb. Səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
17.   2002-ci ilin bu günündə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib. Referendum nəticəsində qəbul edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin edilib, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilib.

18.   2016-cı ilin 24 avqust tarixindә Türkiyә ordusu  Suriyadakı terror tәşkilatı İŞİD vә PYD-yә qarşı  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatına başlayıb.

24 avqustda bu şəxsiyyətlər xatırlanır.

1.  Fələstin xalqının lideri Yasir Ərəfat 24 avqust 1929-cu ildə anadan olub.

2.  Azərbaycanlı hərbçi, Vətən müharibəsi iştirakçısı, polkovnik Tehran Mənsimov 24 avqust 1972-ci ildə dünyaya göz açıb.

3.  Azərbaycan baş leytenantı,Milli Qəhrəman Yunis Nəcəfov 24 avqust 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin