Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığorta zərfinə daxil edildiyinə görə ödənişsiz həyata keçirilməlidir. Lakin apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, bir sıra xəstəxanalarda yeni doğulan körpəyə görə müəyyən qədər məbləğ tələb olunur.
Tələb olunan məbləğsə 200-2000 manat arasında dəyişir. Baxmayaraq ki, artıq xeyli müddətdir ki, adı keçən əməliyyatların xərcləri dövlət tərəfindən qarşılanır.
Maraqlıdır ki, bu sahədə maarifləndirmə işləriinin səviyyəsi çox aşağıdır. Ona görə də bundan xəbərsiz insanlar xəstəxanada tələb olunan vəsaiti ödəmək məcburiyyətində qalırlar. Bu isə haqlı narazılıq və narahatçılıq yaradır.
Bəs, TƏBİB-in xidmət sektoruna aid tibb müəssisələrində niyə ödəniş tələb olunur?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran tibbi ekspert Aydın Əliyevin sözlərinə görə hökumətin verdiyi qərarların icrasına müvafiq hökümət qurumları nəzarət etməlidir:
“Çox təəsüf ki bir çox sahədə verilən qərarlar kağız üzərində qalır və yaxud tam icra olunmur. Bu sualın cavabını TƏBİB verməlidir. Bundan başqa yaxşı olardı ki, Tarif Şurası özəl və ya dövlət xəstəxanalarında ödənişli xidmətlərin qiymətini müəyyən edərdi. Onda bütün xətəxanalarda vahid tarif olardı. Və insanlar insafsızcasına soyulmazdı’’
Ekspert əlavə edib ki,sığorta paketinə daxil edildiyi üçün uşağın anadan olmasına görə də ödəniş tələbi məcburi olmamalıdır.
Hüquqşünas Əsabəli Mustafayev isə bildirib ki, təcrübə onu göstərir ki, klinikaların böyük əksəriyyətində maliyyə şəffaflığı ilə bağlı ciddi problemlər var:
“Şəxsən öz təcrübəmdə də görmüşəm ki, hansısa bir problemə görə həkimə gedirsənsə həkimə mütləq pul ödəməlisən. Məsələ orasındadır ki həkim heç bir sənəd olmadan istədiyi məbləği alıb cibinə qoyur. Bəzi klinikalarda mərkəzləşdirilmiş qaydada yəni kassaya ödəmələr olur. Ancaq həmin klinikalarda ödənişdən sonra verilən qəbz qeyri-rəsmidir. Bu çekləri çox vaxt əl ilə doldurulur və onlar ciddi hesabat sənədi sayılmır. Çünki nömrələnməmiş, möhür vurulmamış qəbzlər rəsmi sənəd deyil”.
Ekspert qeyd edir ki rüşvətxorluğun aradan qaldırılmasi üçün müvafiq qurumlar bu məsələni ciddi nəzarətə götürməlidir:
“İlk növbədə klinikalarda ciddi maliyyə intizamı yaradılmalıdır. Bununla qəpiyinə qədər hər bir ödəniş hesaba alınmalı və səbəbləri bilinməlidir. Bu şəkildə kimdənsə hansısa bir məbləğdə ödəniş alınıbsa sonradan onun düzgün qaydada alındığını, hesablandığını ya əksinə dəqiqləşdirmək asan olur. Çünki burda milyonlarla pul dövr edir. Əgər ciddi nəzarət olarsa inanıram ki, həkimlər artıq pul almaqdan çəkinərlər.
Əsabəli Mustafayev mövcud problemin yəni istər qeysəriyyə və yaxud təbii doğuş zamanı əlavə pul alınmasına səbəb kimi tibbi sığortada nəzərdə tutulmuş ödəniş məbləğinin az olmasıdır:
‘‘Tutaq ki tibbi sığorta ilə qeysəriyyə əməliyyatı üçün 300 manat nəzərdə tutulubsa da klinikalarda 800,1000,1500 manat və daha yüksək ödəniş alınır. Bu pul isə ciblərə gedir. Çünki, bu pullar rəsmi qeydiyyata alınmır”.
Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlasaq da hələ cavab ala bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 23.08.2023
Uşağın doğuşu üçün ödəniş tələb edilməsi qanunidirmi? – Ekspertlərdən AÇIQLAMA
Hazırda oxunan: Uşağın doğuşu üçün ödəniş tələb edilməsi qanunidirmi? – Ekspertlərdən AÇIQLAMA
Hazırda oxunan: Uşağın doğuşu üçün ödəniş tələb edilməsi qanunidirmi? – Ekspertlərdən AÇIQLAMA
152051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.