"Belçikalı nazir İrəvanda qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırmalıydı" - ÇAĞIRIŞ

Hazırda oxunan: "Belçikalı nazir İrəvanda qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırmalıydı" - ÇAĞIRIŞ

151987

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər naziri Hadija Labibin 2023-cü il 22 avqust tarixində Ermənistanın paytaxtı İrəvanda səsləndirdiyi fikirləri qərəzli adlandıraraq qınayıb.

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasındən bildirilib.

“Bu, artıq belçikalı nazirin avqust ayı ərzində Azərbaycana qarşı ikinci açıqlamasıdır. Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə ümumiyyətlə məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır”, - İcmadan bildirilib.

“Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmayıb. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, - İcmanın çağırışında vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin