Fəvvarələr meydanında qanunsuz tikinti işləri DAYANDIRILDI 

Hazırda oxunan: Fəvvarələr meydanında qanunsuz tikinti işləri DAYANDIRILDI 

151969

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılıb. 

Bizim.Media Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edilib. 

Komitənin Baş İdarəsi tərəfindən dayandırılan və nəzarətə götürülən qanunsuz tikili ilə bağlı söküntü işləri artıq başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin