ANAMA yanında İctimai Şuraya yeni üzvlər seçilib - FOTO 

Hazırda oxunan: ANAMA yanında İctimai Şuraya yeni üzvlər seçilib - FOTO 

151934

Avqustun 22-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət səsvermə keçirilib. 

ANAMA-dan Bizim.Media-ya bildirilib ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 2 namizəd - Mirzəyev Umud Rəhim oğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Qasımov Rey Kərim oğlu – (“Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İB) İctimai Şuranın üzvləri seçilib. 

ANAMA yanında İctimai Şuranın 7 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulduğundan boş qalan 5 yer üçün avqustun 26-da saat 10:00-dan 13:00-dək Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcək. 
Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti nümayəndələrinin seçici qismində iştirakları nəzərdə tutulub. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin