Peşə təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Peşə təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 

151929

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. 

Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər. 

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 23- 30 avqust tarixlərində (saat 17:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: 

• attestatın əsli; 

• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; 

• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; 

• şəxsiyyət vəsiqəsinin surəti; 

• 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; 

• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; 

• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. 

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. 
2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24 090 nəfərdən 75 140 müraciət daxil olub.

Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 10 % çox olduğunu göstərir. 

Qeyd edək ki, peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 1- 5 sentyabr tarixlərində baş tutması planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin