Xeyirxahlığı və igidliyi nəsillərə örnək olan İsrafil ağanın tifağı dağılır - Kimdir günahkar? – FOTOFAKT

Hazırda oxunan: Xeyirxahlığı və igidliyi nəsillərə örnək olan İsrafil ağanın tifağı dağılır - Kimdir günahkar? – FOTOFAKT

151909

Ağstafa rayonu Qıraq Kəsəmən kəndində bir tarixi abidə kərpic-kərpic dağılıb gedir. Bu bir zamanların məşhur İsrafil ağasının evidir. 100 ildən çox yaşı olan evin baxımsızlıq üzündən dağılır.

Qeyd edək ki, Qazax elatında xeyriyyəçiliyin simvolu olan bu şəxsiyyət el-oba üçün çox böyük işlərə qol qoyub. Qeyd edək ki, İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax rayonunun Qıraq Kəsəmənli (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəy ailəsində anadan olub.
O yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanıb. O, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır.

Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə İsrafil ağa gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzasında, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanıb. 

İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. İsrafil ağa Qazax şəhərindəki qədim hamamın,Cümə məscidinin və 3 saylı orta məktəb binasını inşa etdirib.

Xalqının xeyriyyəçi və igid oğlu İsrafil ağa Kərbəlayev irsinə bu cür laqeyid münasibət təbii ki, təəssüf və təəccüb doğurur. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, məsələ araşdırılacaq və qısa zamanda əlavə məlumat veriləcək.

Ona görə də mövzunu gündəmdə saxlayırıq.






















Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin