Azərbaycanda dərman istehsalı necə stimullaşdırılacaq? – Deputatdan AÇIQLAMA  

Hazırda oxunan: Azərbaycanda dərman istehsalı necə stimullaşdırılacaq? – Deputatdan AÇIQLAMA  

151902

Ötən həftə Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib.  Qanunda  yerli istehsalın təşkili və stimullaşdırılması barədə də yeniliklər var. 

Bu dəyişiklik yerli istehsala və dərmanların ucuzlaşmasına necə təsir edəcək? 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşviq Məmmədov, qanuna edilən dəyişikliklərin əhəmiyyəti və məqsədləri barədə məlumat verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta və keyfiyyətsiz dərmanlar hansı hallarda zəhərlənmələrə səbəb olur?


İdxal olunan dərman preparatlarının ticarət markasının qeydiyyata alınması ilə bağlı proseslərin sürətlənəcəyini söyləyən deputat, əsas məqsədin yerli istehsalın stimullaşdırılması bağlı olduğunu bildirdi:

“İstər daxildə istehsal olunan, istərsə də xaricdən gələn dərmanlar olsun, hamısı dövlət qeydiyyatından keçməli, sonra ölkə ərazisində satışına və istifadəsinə icazə verilməlidir.

Əvvəlki qanunvericilik belə idi ki, onlar kimyəvi tərkibin müəyyən olunması üçün bir neçə mərhələdən ibarət yoxlamadan keçirilir, sonra ticarət markası kimi qeydiyyata alınırdı. Yeni qaninvericilikdə isə bu prossedurlar daha da diqqətə alınıb və sürətlə həyata keçirilməsi tənzimlənib”. 

Bu günə qədər xammalın xarici ölkələrdə istehsal olunduğunu və Azərbaycana göndərildiyini söyləyən müsahibimizin sözlərinə görə, bundan sonra dərmanlarla birlikdə, xammalı da ölkəmizdə istehsal olunacaq: 

“Bu istiqamətdə də müəyyən islahatların aparılması nəzərdə tutulub. Bir sözlə, dəyişiklilər ölkəmizdə dərman preparatlarının istehsalını həm stimullaşdıracaq, həm də sonrakı mərhələlərin, yəni istehlakçıya çadırılması kimi bir çox proseslərin həyata keçirilməsini təmin edəcək.

Məlum olduğu kimi, bəzi dərmanlar icbari sığortanın xidmətlərinə daxildir. Buna görə də həm TƏBİB-in, həm də Səhiyyə Nazirliyinin tərkibinə daxil olan xəstəxanalar bu dərmanları xaricdən deyil, yerli istehsal müəssisələrindən alacaqlar”. 

M.Məmmədov, ölkəyə idxal olunan və qeydiyyatdan keçən preparatların keyfiyyətində elə də ciddi problemin olmadığını söylədi: 

“Doğrudur, bəzən ölkəyə daxil olan dərmanların qeydiyyatdan keçmədən satışı hallar baş verir. Hətta idxalla məşğul olan bəzi firmalar tərəfindən eyni kimyəvi tərkibə malik, ancaq müxtəlif ölkələrdə istehsal olunduğu üçün adları fərqli olan dərmanların istədiyimiz keyfiyyətdə olmaması halları baş verir.

Ancaq bunlar epizodik vəziyyətdir. Dərmanların yoxlanması və  qeydiyatı məsələsi ilə Səhiyyə Nazirliyinin Analitik Eksperiza Mərkəzi məşğul olur. Yeni sənəddə, bu qurumun da səlahiyyətləri artırılıb ki, bu da daha rahat və daha çevik reaksiya verməsinə səbəb olacaq. 

Müsahibimiz, digər bir mühüm məsələnin isə bəzi preparatların bioloji aktiv dərman adı ilə satılması halları ilə bağlı olduğunu diqqətə çatdırdı:

“Bütün dərmanların keyfiyyətinin istənilən səviyyədə olmaması ilə bağlı yaranan fikirlər bəzi hallarda öz təsdiqini tapır. Yeni dəyişiklikdən sonra həmin preparatlar dərman vasitəsi hesab olunmayacaq və apteklərdə satışına icazə verilməyəcək”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin