Maskalarımız Avropa bazarına çıxarılacaq - Bakı Tekstil Fabriki

Hazırda oxunan: Maskalarımız Avropa bazarına çıxarılacaq - Bakı Tekstil Fabriki

15190

“Gün ərzində 400 min birdəfəlik maska istehsal edirik. Bu günə kimi hardasa 30 milyon maska istehsal olunub. Onun bir qismi “Zeytun Aptek”lər şəbəkəsinə satılıb”.

Bu fikiləri Bizim.Media-ya Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il 6 milyona yaxın tibbi maska istehsal edilib


O əlavə edib ki, maskalar pərakəndə şəkildə satılıb, lakin bu istehsal müəsissəsi üçün çox az bir rəqəmdir:

“Bundan sonrakı vaxtda biz ancaq xarici dövlətə gigiyenik sertifikatlaşdırılmış maskaların satılması ilə məşğuluq. Almaniya, Türkiyə, İsveçrə və Polşa ilə danışıqlar gedir. Bu işin gerçəkləşməsi uzun bir prosesdir. Ən çox Avropa və Balkan ölkələri bizdən maska almağa maraqlıdırlar. Hazırda gələn təklifləri dəyərləndirməklə məşğuluq”.

Fabrik dirketoru vurğuladı ki, postpandemiya dövrü üçün də planları var, koronavirus başa çatıqdan sonra avadanlıqları dəyişərək N-95 maskaları istehsal edəcəklər:

“Bizim Qarabağ zonasında böyük tikinti işlərimizin olacağı üçün inşaatda istifadə olunacaq maskalar istehsal etməyə ehtiyac yaranacaq, bunu da nəzərə alaraq zərurət yarananda istehsal yönünü dəyişəcəyik”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin