Kütləvi məzarlıqlarda qalıqları tapılanlara şəhid statusu veriləcək? - RƏSMİ CAVAB

Hazırda oxunan: Kütləvi məzarlıqlarda qalıqları tapılanlara şəhid statusu veriləcək? - RƏSMİ CAVAB

151885

"Hazırda kütləvi məzarlıqda tapılanların dəfn mərasimlərinin təşkili istiqamətində işlər həyata keçirilir və yaxın günlərdə mərhələli şəkildə dəfn mərasimləri təşkil olunacaq".

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Şöbə rəisi əlavə edib ki, onlara şəhid statusunun verilməsi müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib ki, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin