Hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

151882

Son günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar paylaşılır.  

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az” bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb. 

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov müraciəti belə cavablandırıb: 

““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin