Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 17 mart 2021-ci il tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 697 monitorinq keçirilib.
MÖVZU İLƏ BAĞLI:
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar
Monitorinqlər zamanı 37 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələrinin adları ilə linkdən tanış ola bilərsiniz:
Bizim.Media