Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb.
Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib.
Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 22.08.2023
Sumqayıtda idman müəllimi HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Sumqayıtda idman müəllimi HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Sumqayıtda idman müəllimi HƏBS EDİLDİ - FOTO
151855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.