Ermənistan vətəndaşı İşxan Verdyan özünün Facebook səhifəsi vasitəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli cənab Prezident! Məlumat vermək istərdim ki, Azərbaycan Respublikası vətəndaşı olan Robert Köçəryan və Serj Sarkisyan hazırda Ermənistan Respublikasının ərazisindədir.
Onlar quldurluq və terrorizm üsulunu seçərək təxribatçı fəaliyyətləri ilə Azərbaycan və Ermənistana sağalmaz yara vururlar.
Yuxarıda göstərilən vətəndaşların Azərbaycana ekstradisiya edilməsi üçün bütün lazımi tədbirləri görməyinizi xahiş edirəm”.
Bizim.Media