Nərimanov rayon prokurorluğundan 30 yaşlı kişinin qətli ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nərimanov rayon prokurorluğundan 30 yaşlı kişinin qətli ilə bağlı AÇIQLAMA

151826

Avqustun 22-də saat 08 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nərimanov rayonunda 30 yaşlı kişi öldürüldü - Polis qatili axtarır


Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin