Masallıda 150 ailənin istifadə etdiyi yol bağlanıb. Ərazidə polis xidmət aparır.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Masallı rayonunun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində irigövdəli ağac aşaraq kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evinin damının üstünə düşüb.
Hadisə nəticəsində evin damına, həyətdəki yarımtikiliyə, hasara, eləcə də ərazidən keçən kommunikasiya xətlərinə, elektrik dirəklərinə ciddi ziyan dəyib, 150 ailənin istifadə etdiyi yol bağlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda ərazidə polis əməkdaşları xidmət aparır. Yolda qəza baş verməməsi və nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür.
Bizim.Media