Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala rayonunun ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bizim.Media-ya bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Bəhruz Mirzəyev, Yevlax rayon sakini Rəşid İsmayılov, Qax rayon sakini Rövşən Həmidov, Neftçala rayon sakini Vüsal Cəbrayılov və Şəmkir rayon sakini Vüqar Yaqubov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 190 metr uzunluğunda 3 ədəd sintetik tor götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda, “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən, Mingəçevir və Şəmkir su anbarlarından 650 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.
Bizim.Media