Şəmkirdə ofisdə keçmiş arvadını öldürmək istəyən şəxsin məhkəməsi BAŞLAYIR 

Hazırda oxunan: Şəmkirdə ofisdə keçmiş arvadını öldürmək istəyən şəxsin məhkəməsi BAŞLAYIR 

151775

Şəmkirdə arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. 

Bu barədə Bizim.Media-ya Şəmkir Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, cari il aprelin 19-da Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevaya xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

İstintaqla 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadənin Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən ofislərin birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Günay Musayevaya bıçaqla xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Zirəddin Zirəddinzadəyə Cinayət Məcəlləsinin 29, 120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. 
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin