Müəllimlərin işə qəbulu prosesində yenilik olacaq - Nazir

Hazırda oxunan: Müəllimlərin işə qəbulu prosesində yenilik olacaq - Nazir

15176

“Novruz bayramı ərəfəsində müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı bir neçə yenilik ictimaiyyətin diqqətinə çatdırılacaq”.

Bizim.Media-nıın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

MÖVZU İLƏ BAĞLI:

“İslam Universitetinin 4000 tələbəsi diplomunu tələb edir” - NAZİR


“Kənd yerlərində, xüsusilə də həmin ərazilərdə yaşamayan gənc məzun müəllimlər 5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal vermək nə qədər ədalətlidir? Məncə ədalətlidir. Çünki o, ucqar kənddə elə də asan olmayan şəraitdə işləyir.

Ölçmə baxımından isə 2-3 bal az yığanda, yaxud əlavə bal verəndə yüksək bal toplaya bilər”-deyə nazir vurğulayıb.

E.Əmrullayev qeyd edib ki, MİQ-in məzmunu ilə bağlı ciddi müzakirələr aparılmalıdır.

“Müəllimlərin işə qəbulu zamanı kənar halların olması ilə bağlı kifayət qədər ciddi yoxlamalarımız olur və proses mütəmadi davam edir. Nəticələrin ilin sonuna qədər ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Müəllimlərin işə qəbulunun yalnız bir yolu var və bu da MİQ-dir”, - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin