Sosial şəbəkələrdə müğənni Afət Fərmanqızı bir video paylaşıb. Həmin videoda onu təhqir edən izləyici ifaçıdan dönə-dönə üzr istəyir. Sosial media istifadəçiləri Afət Fərmanqızının yaydığı bu videoda cinayət tərkibi olduğunu bildiriblər. Və hüquq mühafizə orqanlarından müğənni haqda araşdırma aparmağı tələb ediblər.
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin fikirlərini öyrəndik.
Bizim.Media-ya açıqlamasında o bildirdi ki, videodan belə görünür ki, həmin şəxs özü könüllü danışır:
“Belə olan halda Afət Fərmanqızı heç bir hüquqi məsuliyyət daşımır. Lakin üzr videosu yayılan adam şikayət eləsə ki, zorakılıq, təzyiq altında bu cür danışmağa məcbur edilib.
Onda burada hüquqi məsuliyyət yaranır. Əgər həmin şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsə ki, mən təhqir olunmuşam. O zaman Afət Fərmanqızını müəyyən cəzalar gözləyə bilər. Təhqirə görə məhkəməyə, fiziki zorakılığa görə isə polisə şikayət edə bilər. Şikayətin predmetindən və faktın sübutundan sonra Afət Fərmanqızını hansı cəza ala biləcəyini demək olar”.
Surxay Atakişiyev, Bizim.Media