“Gəncə hadisələri”ndə təqsirli bilinən 2 nəfər azadlığa çıxır

Hazırda oxunan: “Gəncə hadisələri”ndə təqsirli bilinən 2 nəfər azadlığa çıxır

15171

“Gəncə hadisələri”ndə təqsirli bilinən iki nəfər əfv edilib.

Bizim.Media-nın məlumatına görə, Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamına əsasən, Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.

 

MÖVZU İLƏ BAĞLI:

Nardaran hadisələrinə görə həbs edilənlər də əfv olundu - FOTO


Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin