Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bizim.Media xəbər verir ki, Qarabağda yaşayan və Rusiya pasportu olan 60-dan çox erməni bu gün Laçındakı postdan keçərək Azərbaycanı tərk edib.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bizim.Media