Fevralın 1-dən bu günədək 164 itidai sinif şagirdi və 714 nəfər işçi heyətdən virusa yoluxub. Onlardan 282-si V - IX, 23-ü isə məktəbə hazırlıq qrupunun şagirdləridir.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.Nazirin sölərinə görə gündəlik yoluxmaların statistikası aparılır:
MÖVZU İLƏ BAĞLI:
Təhsil naziri sualları cavablandıracaq - Bu tarixdə - FOTO
“Məktəbin daxilində kütləvi yoluxma varsa, təbii ki, məktəb distant təhsilə keçir. Fərdi yoluxma varsa, sinif distant təhsilə keçir".
Hazırda 626 sinfin distant təhsilə keçdiyini deyən nazirin sözlərinə görə, onlardan 233-ü karantin müddətini bitirib və tədrisə davam edirlər:
“Hazırda 393 sinif distant formanı davam etdirir. Ümumilikdə 48 məktəb ümumi distant təhsilə keçib. 41-i hazırda yenə də distant formada işini davam etdirir. 7 məktəb isə yenidən ənənəvi tədrisə qayıdıb”.
Alçina Amilqızı, Bizim.Media