Göyçay şəhərində fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Nəsrəddin Tusi küçəsində qeydə alınıb.
Şəhər sakini, 1958-ci il təvəllüdlü Məmmədova Reyhan Əlisa qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Hadisə zamanı evin iki otağı içərəsindəki əşyalarla birgə yanıb, evin qalan hissəsi və ona bitişik 320 kvadratmetrlik iki mərtəbəli ev alovdan xilas olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu