Avqustun 14-də “Coca-Cola” şirkətinin keçirdiyi lotereyada 50 uduşu eyni şəxs necə qazanıb? –FOTOFAKT” başlıqlı yazı dərc etmişdik.
Yazıda “Azərbaycan Coca Cola bottlers LTD” MMC tərəfindən 01 iyun 2023 - 24 avqust 2023-cü il tarixləri arasında təşkil etdiyi lotereya oyunun 10-cu turunda bir telefon nömrəsinin sahibinin 50-yə yaxın hədiyyə qazanmasının bəzi suallar doğurduğunu yazmışdıq. Və bununla bağlı şirkətə sorğu göndərmişdik.
MÖVZU İLƏ BAĞLI:
“Coca-Cola” şirkətinin keçirdiyi lotereyada 50 uduşu eyni şəxs necə qazanıb? –FOTOFAKT
“Azərbaycan Coca Cola bottlers LTD” MMC Bizim.Media-nın sorğusuna cavab verib.
Cavab məktubunda deyilir:
“Bildirmək istəyirik ki, Coca-Cola-nın “Musiqi 2023” tirajlı stimullaşdırıcı lotereyası “Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə tam uyğun olaraq təşkil edilibr. Lotereya 01 İyun 2023 tarixindən etibarən 10 həftəlik müddətdə keçirilir. Sorğunuza cavab olaraq bildirmək istərdik ki, yuxarıda adı çəkilən Qanunun 4.10 – cu bəndinə əsasən, lotereya iştirakçılarının hüquqlarının məhdudlaşdırılması qadağandır. Qanunun həmin bəndinə uyğun olaraq, həyata keçirdiyimiz lotereyada Azərbaycan istehlakçılarının iştirak etməsi üçün qeyri-məhdud imkan yaradırıq”.
Məktubda daha sonra deyilir:
“Korporativ məsuliyyət prinsiprlərindən irəli gələrək lotereyamızın şərtləri barədə məlumatı mediada, saytımızda, sosial şəbəkə səhifələrimizdə, təbliğat materiallarımızda açıq və aydın şəkildə dərc etmişik.
Lotereyanın şəffaflığını təmin etmək üçün isə qaliblər Azərbaycan vətəndaşlarından ibarət müstəqil tiraj komissiyanın iştirakı ilə təsadüfi seçimlə avtomatlaşdırılmış proqram təminatı vasitəsilə həftəlik seçilir”.
Surxay Atakişiyev, Bizim.Media