Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək. Bunların hər biri 7 il müddətinə veriləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunda əksini tapıb.
Beləliklə, buraxılış kartı avtomobilə, buraxılış vəsiqəsi isə şəxsin özünə veriləcək. Hər iki sənədi alandan sonra artıq şəxs taksi sürücüsü iki cür fəaliyyət göstərə biləcək.
Birincisi, özü fəaliyyət göstərə biləcək, ikincisi, hansısa şirkətlərin proqram təminatından istifadə edəcək. Başqa sözlə, taksi fəaliyyəti göstərmək istəyən şəxs indiki halda “Bolt”, “Uber”, “189” və s. digər taksi şirkətlərinin xidmətlərin proqram təminatından istifadə edə biləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 18.08.2023
Fərdi qaydada taksi fəaliyyətinə dair YENİ QAYDA
Hazırda oxunan: Fərdi qaydada taksi fəaliyyətinə dair YENİ QAYDA
Hazırda oxunan: Fərdi qaydada taksi fəaliyyətinə dair YENİ QAYDA
151371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.