Ağdaş sakinləri qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər - FOTO 

Hazırda oxunan: Ağdaş sakinləri qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər - FOTO 

151308

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər keçirilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, vətəndaşlara edilən müraciət, eləcə də aparılan profilaktiki işlərin nəticəsi olaraq rayonun Yuxarı Ağcayazı kənd sakinləri – Cəlil və Həsən Hüseynovlar müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfənglərini könüllü olaraq polisə təqdim ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin