“Baku City Residence” şirkətindən böyük uğur: Beynəlxalq “Stevie” mükafatına layiq görüldü

Hazırda oxunan: “Baku City Residence” şirkətindən böyük uğur: Beynəlxalq “Stevie” mükafatına layiq görüldü

151220

Azərbaycanın daşınmaz əmlak bazarında həyata keçirdiyi layihələr əsasında əhəmiyyətli təcrübə əldə etmiş “Baku City Residence” şirkəti nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunub və “STEVIE” Beynəlxalq Biznes Mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, mükafat 2023-cü ilin oktyabr ayında Avropada təşkil edilən mərasimdə təqdim ediləcək.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın iki şirkəti beynəlxalq “Stevie” mükafatına layiq görüldü


Seçim zamanı ekspertlər “Baku City Residence” şirkətini Azərbaycanın daşınmaz əmlak bazarında tətbiq etdiyi innovativ yanaşmalar və bunun əsasında tutduğu mövqeyi, eləcə də imza atdığı beynəlxalq tərəfdaşlıq müqavilələri istiqamətindəki səyləri əsasında qiymətləndiriblər. 

Bu ilki müsabiqə “Satış”, “Müştəri xidməti və əlaqə mərkəzi”, “Yeni məhsul və xidmət”, “Həll yolları təchizatçısı” və “Biznesin inkişafı” nominasiyaları üzrə keçirilib. 

“STEVIE”  Beynəlxalq Biznes Mükafatına layiq görülən “Baku City Residence” müasir memarlıq üslubunda yaşayış kompleksləri təklif edir

Özünəməxsus yerə və zəngin təcrübəyə malik olan “Baku City Residence” (BCR)  şirkəti 10 ildən çoxdur ki, Azərbaycanın daşınmaz əmlak bazarında və sərmayə sahəsində layihələri ilə böyük nüfuz qazanıb.

Səbəbi də onunla bağlıdır ki, zamanın tələblərinə uyğun inkişaf etmiş infrastruktura və müasir memarlıq üslubuna malik, yaşayış və biznes kompleksləri bazarında müxtəlif layihələr təqdim edir.

Düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residence” kimi layihələrə imza atan şirkət yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edir.
Əsasən Bakı şəhərinin mərkəzində yerləşən, müştərilərin bütün tələb və istəklərini özündə cəmləşdirən, ən müasir, yüksək standartlara cavab verən yaşayış kompeksləri layihələrinin tikintisi və satışı həyata keçirilir.

“STEVIE” Mükafatının qalibi 200 nəfərlik münsiflər heyətinin səsverməsi ilə seçilir

“American Business Awards” mükafatının ilk təqdimatı 2002-ci ildə keçirilib. 2003-cü ildə isə “International Business Awards” təqdim edilib. 

Dünya işgüzar aləmində mötəbər mükafatlardan biri olan “STEVIE”  Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. 

ABŞ-da fəaliyyət göstərən “STEVIE Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Məqsədi isə dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. 
Satışlar və Müştəri Xidməti üzrə STEVIE Mükafatları (STEVIE Awards for Sales & Customer Service) dünyanın hər yerində müştəri xidməti, əlaqə mərkəzi, biznesin inkişafı və satış üzrə mütəxəssislər sahəsindəki nailiyyətləri qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin