Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, yeni yaşayış binasının qarşısında piyada səkisinin parkinqə çevrildiyi deyilirdi.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bizim.Media-ya bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda aparılan işlər nəzarətə götürülüb.
"Bununla bağlı şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilmiş və Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsində aparılan işlərlə hazırkı layihə sənədləri arasında uyğunsuzluqlar aşkarlanıb. Nəticə olaraq bu uyğunsuzluqlar aradan qaldırılana qədər işlərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib", - deyə məlumatda qeyd olunub.
Bizim.Media