Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, avqustun 15-də aparılan monitorinqlər zamanı Bakı şəhəri, Lənkəran, Masallı və Göyçay rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:43 / 17.08.2023
On iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Hazırda oxunan: On iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Hazırda oxunan: On iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
151159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.