Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermiş partlayış zamanı xəsarət alanların sayı artıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Prezidentinin hökumət üzvləri ilə görüşündə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Mahaçqala partlayışında ölənlərin sayı 27-yə çatdı - 66 yaralı var - FOTO
“Təəssüf ki, hadisə nəticəsində 20-si uşaq olmaqla, 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb. Vəziyyət yerində qiymətləndirildikdən sonra 3-ü uşaq olmaqla 16 pasiyentin sağlamlıq vəziyyəti ilə əlaqədar Moskvadakı federal tibb qurumlarına təxliyə edilməsi qərara alınıb”, - deyə Qolikova qeyd edib.
Bizim.Media