"Cəfər Cabbarlı" metrostansiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: "Cəfər Cabbarlı" metrostansiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

151064

“Cəfər Cabbarlı” metrostansiyasında bu ilin sonuna qədər əsas inşaat işləri başa çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Gələn il platforma səviyyəsində son tamamlama, yəni üzlük işləri və infrastrukturun qurulması ilə bağlı digər işlər aparılacaq. Daha sonra vestibül səviyyəsində və “28 May” stansiyasına keçid səviyyəsində təmir-bərpa işlərinə başlanılacaq. Görüləcək işlərin həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin