TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur.
12.54
Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir, sexə birəyə qarşı vurulan dərmandan zəhərləniblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 16.08.2023
Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB
Hazırda oxunan: Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB
Hazırda oxunan: Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB
151062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.