Cari ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz (439 milyon manat) çox olmaqla 3 milyard 319 milyon manat vəsait yönəldilib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, pensiya təminatı sahəsində islahatlar bu il də davam edərək, cari il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artımdan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə artırılıb.
Pensiyaların orta aylıq məbləği bu ilin yanvar-iyul aylarında 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.
Qeyd olunan dövrdə 19,5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 90 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:14 / 16.08.2023
Pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi AÇIQLANDI
Hazırda oxunan: Pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi AÇIQLANDI
Hazırda oxunan: Pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi AÇIQLANDI
151036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.