Türkiyə Respublikasından gəlmiş bir qrup media nümayəndəsi Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərində olublar.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə jurnalistləri erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Şuşa şəhərindəki həbsxanada azərbaycanlıları kütləvi basdırdıqları məzarlığa baş çəkiblər.
Məlumat verilib ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.
Ümumilikdə isə işğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.
Qardaş ölkənin jurnalistləri kütləvi məzarlıqda çəkilişlər ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:43 / 15.08.2023
Türkiyəli jurnalistlər Şuşada azərbaycanlıların kütləvi basdırıldığı MƏZARLIQDA OLDULAR - FOTO
Hazırda oxunan: Türkiyəli jurnalistlər Şuşada azərbaycanlıların kütləvi basdırıldığı MƏZARLIQDA OLDULAR - FOTO
Hazırda oxunan: Türkiyəli jurnalistlər Şuşada azərbaycanlıların kütləvi basdırıldığı MƏZARLIQDA OLDULAR - FOTO
150958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.