Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən, əgər ayın 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı 2.5 dəfə normanı aşıb:
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. (İran ərazisində müşahidə olunan toz fırtınasının nəticəsi)
Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur.
Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhət olunardı, çünki belə hava xüsusi ilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər. Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 15.08.2023
Bakıda tozlu hava şəraiti neçə gün davam edəcək?
Hazırda oxunan: Bakıda tozlu hava şəraiti neçə gün davam edəcək?
Hazırda oxunan: Bakıda tozlu hava şəraiti neçə gün davam edəcək?
150901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.