Vergi ödəyiciləri üçün “İkitərəfli SMS”x9d xidməti ödənişsiz oldu

Hazırda oxunan: Vergi ödəyiciləri üçün “İkitərəfli SMS”x9d xidməti ödənişsiz oldu

150865
Vergilər Nazirliyi tərəfindən 2012-ci ildən etibarən “İkitərəfli SMS xidməti”x9dnin tətbiqinə başlanılıb.xa0

İndiyə kimi “İkitərəfli SMS xidməti”x9d vasitəsilə yalnız xidmətə “Azercell”x9d nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi.xa0

“İkitərəfli SMS xidməti”x9d vasitəsilə vergi ödəyicilərinə göndərilən məlumatların genişləndirilməsi məqsədi ilə görülmüş işlər nəticəsində 2014-cü ilin noyabrından etibarən abunə olmuş şəxslərə əlavə 11, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə əlavə 2 istiqamət üzrə məlumatların göndərilməsi də təmin edilib.xa0

Bu barədə nazirlikdən xa0bildirilib.xa0

Hazırda “İkitərəfli SMS xidməti”x9d vasitəsi ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir. Artıq digər mobil operatorların (“Bakcell”x9d, “Nar”x9d) abonentlərinə bu xidmətdən istifadə etmək imkanı yaradılıb.xa0

“İkitərəfli SMS xidməti”x9dnə olan marağı, eləcə də bu xidmətin əhəmiyyətini nəzərə alaraq, ondan daha səmərəli istifadə edilməsi məqsədilə xidmətin tanıtdırılması yolları müzakirə edilir.xa0

Müzakirələr nəticəsində “Azercell”x9d nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair icraçı şirkətlə razılıq əldə edilib.xa0

Beləliklə, yaxın günlərdə 30 mindən çox vergi ödəyicisi “İkitərəfli SMS xidməti”x9dndən ödənişsiz şəkildə faydalana biləcək.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin