Ölkə ərazisində faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən, avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam edib, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.
Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olub.
Sinoptik şəraitlə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 15.08.2023
Bakıda temperatur iqlim normasından 4 dərəcə yüksək OLUB
Hazırda oxunan: Bakıda temperatur iqlim normasından 4 dərəcə yüksək OLUB
Hazırda oxunan: Bakıda temperatur iqlim normasından 4 dərəcə yüksək OLUB
150864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.