Nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı rəsmi AÇIQLAMA

150857

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumatlar daxil olub.

Bu barədə Bizim.Media-ya ETSN-dən bildirilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qeyd edilən obyektlərdə nazirliyin hər hansı qurumu tərəfindən yoxlama aparılması halı qeydə alınmayıb və həmin müəssisələrdə nazirliyin əməkdaşları ümumiyyətlə olmayıb.

Bununla bağlı sahibkarlıq subyektlərinin rəhbərlərindən xahiş olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından hər hansı yoxlama və ya monitorinq məqsədilə gələn şəxslərdən iş vəsiqəsi və araşdırma üçün icazə sənədi tələb edilsin.
Şübhəli hallara rast gəlindikdə isə dərhal Nazirliyin 168 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin