Ötən gün Qəbələ rayonunun Solquca kənd bələdiyyəsinə aid meşəlik-dağlıq ərazidə baş verən ərazidə yanğının söndürülməsinə helikopter cəlb edilmişdi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın Solquca bələdiyyəsinə aid meşəlik ərazidən başlayıb.
Daha sonra genişlənərək dağətəyi sahəyə keçib. Hadisə yerinə əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələri çatıb və sakinlərlə birlikdə qabaqlayıcı tədbirlər görülüb.
Daha sonra yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin helikopteri havaya qaldırılıb. Məhz helikopterin yanğın ocaqlarına su səpməsindən sonra ocaqlarda sönmələr müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Meşəbəyliyindən bildirilib ki, gecə saatlarında yanğın tam lokallaşdırılıb. Təhlükə aradan qaldırılıb. Qabaqlayıcı tədbir olaraq bütün gecəni ərazi nəzarətdə saxlanılıb.
Qeyd edək ki, son günlər Solqucanın meşəlik ərazisində bir neçə belə yanğın hadisəsi qeydə alınıb. Ekoloqların ehtimalına görə, yanğınlar bilərəkdən törədilir. Hazırda müvafiq orqanlar hadisənin baş vermə səbəblərini araşdırır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:12 / 15.08.2023
Qəbələdə meşəlik ərazidəki yanğın SÖNDÜRÜLDÜ
Hazırda oxunan: Qəbələdə meşəlik ərazidəki yanğın SÖNDÜRÜLDÜ
Hazırda oxunan: Qəbələdə meşəlik ərazidəki yanğın SÖNDÜRÜLDÜ
150853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.